Moskvadakı Azərbaycan diasporu həmvətənlərimizi təxribatlara uymamağa çağırdı

22:15 27-09-2020 19

27 sentyabr, bazar günü səhər saatlarında Ermənistan Dağlıq Qarabağda yeni təxribatlar törədib.

Bu barədə Moskva bölgəsindəki Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyətinin açıqlamasında deyilir.

“Hadisələr təxminən səhər saat altıda başlayıb, erməni hərbçiləri iriçaplı silahlardan, minaatanlardan və top qurğularından Azərbaycan ordusunun bütün cəbhəboyu mövqelərini atəşə tutub. Nəticədə cəbhə bölgəsində yerləşən mülki yaşayış məntəqələri atəşə tutulub, mülki əhali arasında itkilər baş verib, yaşayış məntəqələri dağıdılıb.

Bütün soydaşlarımızı təmkinli olmağa, təxribatlara uymamağa, yalnız rəsmi dövlət orqanlarının və mediyalarının məlumatlarına istinad etməyə çağırırıq.

Xüsusi ilə gənclərə müraciət edərək xəbərdarlıq edirik ki, köhnə audio-video materiallardan götürülən saxta məlumatları sosial şəbəkələrdə yayan təxribatçı-bloqerlərin çağırışlarına uymasınlar”.