Ermənistan Azərbaycana qarşı kiberhücumlar həyata keçirir - RƏSMİ

18:50 27-09-2020 16

“Azərbaycan-Ermənistan sərhədində toqquşmaların baş verməsi ilə bağlı sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlar yalandır”.

milletinsesi.info-ın müxbiri xəbər verir ki, bunu keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərdə əməliyyat aparır.

H.Hacıyev onu da əlavə edib ki, Ermənistan tərəfindən Azərbaycanın internet resurslarına kiberhücumlar həyata keçirilir.

“Bunun isə qarşısı alınır”, - deyə H.Hacıyev bildirib.

Aqşin Kərimov