Türkiyə futbol klubunun ilk qadın prezidenti: “İstərdik ki, Azərbaycandan futbolçular bizdə oynasın” - VİDEO

14:10 26-09-2020 31

“Kayserispor” klubunun xanım prezidenti Berna Gözbaşı Azərbaycanda yayımlanan “Türkiyədən futbol” verilişinin qonağı olub.

Ötən ilin oktyabrın 6-dan klub prezidenti olan Gözbaşı maraqlı açıqlaması ilə diqqəti çəkib. O bildirib ki, Azərbaycana əvvəllər çox səfər edib:

“Mənim Azərbaycanla ticarət əlaqələrim var. Azərbaycandan bizə oyunçu təklif edilməyib. Amma skautlarımıza tapşıracağam ki, Azərbaycandan olan futbolçuları diqqətdə saxlasınlar. Yenə istərdik ki, “Kayserispor”da dost və qardaş ölkədən futbolçular (əvvəllər Rəşad Sadıqov və Kamran Ağayev bu klubda qısa müddət oynayıb – S.M.) oynasın”.

Qeyd edək ki, Berna Gözbaşı Türkiyə kişi futbolunda ilk klub prezidenti olan qadındır.

Səbuhi Musayev