Sinan Akçıldan səmimi etiraf: “Şorgöz olmuşam”

21:25 25-09-2020 34

Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl Armağan Çağlayanın “YouTube”da yayımlanan verilişinə qonaq olub.

“Haber Global” məlumat verir ki, səmimi açıqlamalar verən Akçıl son münasibətinə qədər şorgöz olduğunu deyib:

“Son münasibətimə qədər şorgöz olmuşam. İlk dəfə həyatımda bir nəfər var”.

Keçən ilin sentyabrında boşandığı Burcu Kıratlı ilə barışan sənətçi aralarında yaşananlara da aydınlıq gətirib: “Evləndik və boşandıq. İndi bir yerdəyik. Bizimki höcətlik olub”, - deyib.

Qeyd edək ki, Akçıl daha əvvəl Hadisə, Otilla və Ebru Şallı ilə də sevgili olub.