Onlarla balina ölü tapıldı - FOTO/VİDEO

04:20 23-09-2020 17

Avstraliyanın Tasmaniya adasında 25 balina ölüb.

“CBS News” xəbər verir ki, xüsusi mühafizə işçiləri ucqar buxtada sıxışan daha 250 balinanı xilas etməyə çalışırlar.

Hadisə yerində polis və mütəxəssislər işləyir. 

Tasmaniyada belə kütləvi hal uzun müddətdir müşahidə olunmur. Könüllülərin işə cəlb edilməsi planlaşdırılır.