Məktəblərdə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlandı - RƏSMİ

22:25 22-09-2020 22

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

Məlumata görə, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Bu gün yeddi nəfər işçi heyətdə də 37 dərəcədən yüksək olub. 

On şagirddə, yeddi nəfər işçi heyətdə isə koronavirus aşkarlanıb.