Namiq Abdullayev vitse-prezident postunu itirə bilər

14:25 21-09-2020 26

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev adaşı Namiq Abdullayevdən tələblərinin çox olacağını bildirib.

milletinsesi.info-ın həmin mətbuat konfransında iştirak edən jurnalistinin xəbərinə görə, o, təyinatla bağlı fikirlərini bölüşüb:

“Bizim ona güzəşt etmək fikrimiz yoxdur (gülür). Əvvəlki məşqçilərdən nəyi tələb etmişiksə, ondan da tələb edəcəyik. Güləşdə hər zaman medallar olmalıdır. Bunun üçün dövlətimiz tərəfindən də tam dəstək alırıq”.

Bundan əlavə, Namiq Abdullayev sərbəst güləşdə gənclər üzrə vitse-prezident postundan kənarlaşdırıla bilər. Buna səbəb onun sərbəst güləş üzrə millimizə baş məşqçi vəzifəsinə təyinatıdır. Bu barədə federasiyanın prezident əvəzi Namiq Əliyev məlumat verib:

“Bu barədə hələ qərar verməmişik. Ola bilsin ki, artıq bu vəzifədə olmasın. Amma əgər bu işi görə bilərsə, saxlanılacaq. Hər halda bu barədə daha sonra qərar verəcəyik”.

Səbuhi Musayev