Olimpiya çempionu millimizə baş məşqçi təyin olundu

13:55 21-09-2020 22

Güləş millilərimizdə məşqçi dəyişiklikləri baş tutub.

Bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib.

milletinsesi.info-ın həmin mətbuat konfransında iştirak edən jurnalistinin xəbərinə görə, Oyan Nəzəriani çimərlik güləşi üzrə millimizə baş məşqçi təyin olunub.

Sərbəst güləş millimizə isə Olimpiya çempionu Namiq Abdullayev təyin edilib.

Səbuhi Musayev