Daşla Bakı sakininin başına vurub pulunu aldılar

13:45 21-09-2020 33

Bakının Binəqədi rayonunda dünən 52 yaşlı kişi quldurluğun qurbanı olub.

Bu barədə milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İlkin məlumatlara görə, Rəsulzadə kəndində iki naməlum şəxs 1968-ci il təvəllüdlü Etibar Ramazanova hücum edərək, daşla başına vurublar, nəticədə kişi huşunu itirib.

Cinayətkarlar onun mobil telefonunu və 75 manatını aparıblar.

Hücum edən şəxslərin kimliyi hələ müəyyən edilməyib. Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları bu istiqamətdə işləyirlər.   

Qeyd edək ki, sentyabr ayının əvvəlindən bəri paytaxtda hələ üstü açılmayan iki quldurluq hadisəsi törədilib.          

Ramella İbrahimxəlilova