Xızıda həmyerlisinə atəş açan şəxs bıçaqlandı - FOTO

13:41 21-09-2020 22

Xızı rayonunda silahlı münaqişə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-da Altıağac qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilib. 

Bildirilib ki, polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar. Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, qəsəbə sakini Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində “BORAWING” markalı silahla bir dəfə Vahid Əhmədova atəş açıb. Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.