Qaxda iki ton narkotik vasitə məhv edilib

12:55 21-09-2020 15

Qax rayonunun Fıstıqlı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 2 ton olan 9090 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.