Millimizin ilk rəsmi qələbəsinin memarı olmuş futbolçuya daha bir ağır itki

12:50 21-09-2020 26

I divizionda çıxış edən “Kəpəz” klubunun əsas komandasının məşqçisi Vidadi Rzayevə ağır itki üz verib.

Gəncə klubunun “Facebook” səhifəsi məlumat verir ki, mütəxəssisin atası Vaqif Rzayev vəfat edib.

Qeyd edək ki, iyulda veteran futbolçunun kiçik qardaşı Ayaz Rzayev 47 yaşında həyatını itirmişdi.

Xatırladaq ki, 53 yaşlı Vidadi Rzayev Azərbaycanda “Neftçi”, “Dinamo” (Gəncə), “Turan”, “Kəpəz”, “Şəmkir”, “Qarabağ”, “Olimpik”də, xaricdə “Terek” (Rusiya), “Ərzurumspor” (Türkiyə) və “Mes” (İran) klublarında çıxış edib.

“Turan”, “Neftçi”, “Kəpəz” və “Şəmkir”lə ümumilikdə beş dəfə Azərbaycan çempionu olmuş V.Rzayev 1996-cı ildə İsveçrə üzərində ilk rəsmi qələbəmizin memarı olub.

O, bu səbəbdən həmin il ölkəmizdə ən yaxşı futbolçu seçilib. Vidadi Rzayev “Karvan”da baş məşqçi, “Qəbələ”də köməkçi məşqçi işləyib.

Səbuhi Musayev