Qonşu ölkədə koronavirusa qarşı preparatlar apteklərə veriləcək

01:14 19-09-2020 18

Koronavirusun yeni tipinə qarşı effektivliyi sübut olunan “Areplivir” preparatı artıq apteklərə tədarük ediləcək.

Bu barədə TASS istehsalçı şirkət “Promomed”ə istinadla xəbər yayıb.

Məlumata görə, bazar ertəsindən etibarən sözügedən preparatın apteklərə verilişi başlayacaq.

Xatırladaq ki, beynəlxalq patentlənməmiş adı “Favipiravir” olan bu dərman əvvəllər ebola xəstəliyinin müalicəsində istifadə olunub. İyul ayının əvvəlində “Areplivir”in koronavirus infeksiyasına qarşı mübarizədə yüksək effektivlik (90 faizdən artıq) göstərdiyi bildirilmişdi.