Parlamentin komitəsi bir neçə qurumla birgə müzakirələr aparacaq

10:55 17-09-2020 9

Milli Məclisin payız sessiyası dövründə İnsan hüquqları komitəsinin Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və Məhkəmə-Hüquq Şurası ilə birgə müzakirələr aparacaq. 

milletinsesi.info-ın müxbiri xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Razi Nurullayev məlumat verib.

Millət vəkili, görüşlərin intensiv xarakter almasını da təklif edib.

“Təklif edirəm ki, ayda azı bir dəfə bu görüşləri keçirək. Məsələ kağız üzərində qalmamalıdır”,-deyə R.Nurullayev əlavə edib.

Aqşin Kərimov