Yasamal sakinlərinin problemi öz həllini tapdı - VİDEO

09:40 17-09-2020 10

Uzun müddətdir ki, Yasamal rayonunun 7-ci Salaxanı küçəsində yaşayan sakinlər zibil tullantılarının yaratdığı xoşagəlməz mənzərə və dəhşətli iydən əziyyət çəkirdilər.

Baku TV və milletinsesi.info Yasamal rayonunda zibil konteynerlərinin olmaması ilə bağlı problemi  işıqlandırdıqdan sonra, adiyyəti qurumlar hərəkətə keçib, əraziyə yeni zibil konteynerləri yerləşdirilib.

Zibil qutuları Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən dəyişdirilib.

Ətraflı süjeti təqdim edirik: