Yumoristə etdiyi zarafata görə hücum olundu

06:15 17-09-2020 19

Ukraynalı stəndapçı, ssenari yazarı və şou aparıcısı Yeqor Şataylonu döyüblər.

Bu barədə Tolknews.ru xəbər yayır.

Hadisə onun ənənəvi Ukrayna ailəsi ilə bağlı zarafatından sonra baş verib.

Naməlum şəxslər hücum edərək onu yerə yıxıb, üzünə gözyaşardıcı qaz püskürdüblər. Zərərçəkən yüngül xəsarət alıb.

Qeyd edilir ki, hücumdan əvvəl Şatayloya internetdən təhdid məktubları göndərilib.