Fatih Terimdən oyunçularına xəbərdarlıq: “Neftçi”ni ciddiyə alın”

13:25 16-09-2020 14

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Bakı səfəri öncəsi oyunçularına xəbərdarlıq edib.

Türkiyə mətbuatının xəbərinə görə, Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Neftçi”ni ciddiyə almaq lazım olduğunu bildirib:

“Rəqibi əsla qiymətləndirməmək olmaz. Bu matçın üzrü yoxdur. Onlar (“Neftçi”) da tək matçı fürsət olaraq görəcək. Sonradan düzəldilməsi mümkün olmayan 90 dəqiqə oynayacağıq”.

Komanda Türkiyədə keçdiyi məşqlərdə daha çox küncdən asmalar və standard zərbələr üzərində çalışıb.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” matçı sabah saat 20:00-da başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda baş tutacaq.

Səbuhi Musayev