Kaxa Okriaşvili azərbaycanlıların kompakt yaşadığı dairədən Parlamentə ən şanslı namizəddir

18:54 10-09-2020 99

31 oktyabr 2020-ci ildə Gürcüstanda keçiriləcək Parlament seçkiləri azərbaycanlıların həyatına da ciddi təsir edəcək. Bu seçkilərdə Gürcüstanda qarışıq proporsional-majoritar yeni seçki sistemi tətbiq ediləcək. Gürcüstanda yaşayan azərbaycanlıların kompakt yaşadığı bölgələr üzrə 4 seçki təsis edilib.
Seçicilərin 60 faizdən çoxu azərbaycanlı olan Bolnisi-Dmanisi-Tetrçakro-Çalka majoritar seçki dairəsindən ən şanslı namizəd Kaxa Okriaşvilidir. Namizədliyi “Güc Birlikdədir” Birləşmiş Müxalifət Siyasi Blokuna daxil olan “Tərəqqi və Azadlıq” partiyası tərəfindən irəli sürülən Kaxa Okriaşvili azərbaycanlılar yaşayan Dmanisi rayonundan 4 dəfə Gürcüstan Parlamentinin majoritar deputatı seçilmişdir. 2004-cü ildən Parlamentin deputatı olan Kaxa Okriaşvilinin müxtəlif vaxtlarda Gürcüstan-Qazağıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Türkmənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Qırğızıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Özbəkistan Parlamentlərarası Dostluq Qrupunun və Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü kimi Gürcüstanın Türkdilli ölkələrlə parlametlərarası, siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə ələgələrinin və əməkdaşlığının inkişafında müstəsna xidmətləri olmuşdur. Dmanisi rayonun majoritar deputatı olan Kaxa Okriaşviliyə yerli azərbaycanlıların münsibəti həddən artıq pozitivdir.