Bərdədə qəza zamanı sərnişin avtomobilin ön şüşəsindən çıxdı

22:55 15-08-2020 35

Bərdə şəhərinin Nüşabə küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

APA-nın xəbərinə görə, “VAZ 2107” markalı avtomobillə qarşıdan gələn “Jeep” markalı minik avtomobili toqquşub. 

Nəticədə “VAZ 2107” markalı avtomobildə olan rayon sakini, 1978-ci il təvəllüdlü Əsgərova Gülnarə Fərhad qızı avtomobilin ön şüşəsindən çıxaraq yol kənarında səkiyə çırpılıb. 

Ağır xəsarətlər alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, G.Əsgərovaya ağır kəllə-beyin travması və alın nahiyəsinin yarılmış və sağ qolun sınmış diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.