Bakıda mülki şəxslər küçədə qadını döyüb? - AÇIQLAMA

13:00 15-08-2020 19

“Sosial şəbəkələrdə Nizami rayonu Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır”. 

milletinsesi.info-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

O bildirib ki, hər hansı cinayət xarakterli fakt qeydə alınmayıb.

Xatırladaq ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Nizami rayonu Qara Qarayev prospektində yaşayan qadına qarşı zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.