Fərdi və mikrosahibkarlara ödənilən maliyyə dəstəyinin məbləği açıqlandı - RƏSMİ + VİDEO

12:35 15-08-2020 182

“Sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə bağlı ikinci mərhələdə fərdi və mikrosahibkarlara 250 manat maliyyə dəstəyinin göstərilməsi başa çatıb”. 

milletinsesi.info-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Samirə Musayeva bildirib.

O qeyd edib ki, bu çərçivədə 49,3 min fərdi və mikrosahibkara 12,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib:

“Pandemiyadan əziyyət çəkən sahələrdə çalışan muzdlu işçilərə maliyyə yardımının edilməsi ilə bağlı təhlillər aparılıb və artıq siyahılar hazırlanıb, Maliyyə Nazirliyinə təqdim olunub”.

İlhamə Əbülfət