Çin və İtaliyadan koronavirusla mübarizə üçün gələn həkimlərlə bağlı TƏBİB-dən AÇIQLAMA

12:25 15-08-2020 16

“Hazırda Çin və İtaliyadan Azərbaycana gələn tibbi ekspertlərə heç bir ödəniş edilmir”.

milletinsesi.info-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, həkimlər hər iki ölkə arasında əldə olunan razılaşmaya əsasən könüllü şəkildə ölkəyə gəlirlər:

“Uzun müddət Azərbaycanda qalan və burada işləyən həkimlər var. Onların bizə etdiyi köməyi qiymətləndirə bilərik və tibbi baxımdan bəzi monitorinqlər aparılır. Maddi baxımdan isə nəsə deyə bilmərəm”.

İlhamə Əbülfət