TƏBİB-dən ölkəyə koronavirus peyvəndlərinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

11:40 15-08-2020 19

“Bu gün, əsasən, payız aylarında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir”.  

milletinsesi.info-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, koronavirus əleyhinə ən zərərsiz peyvəndin hazırlanması istiqamətində işlər görülür: 

“Tez bir zamanda təsdiq olunmuş peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir”.

Y.Qarayeva əlavə edib ki, artıq iki həftədir koronavirusla bağlı Azərbaycanda xarici mütəxəssislər çalışırlar:

“İtaliyadan və Çindən gələn mütəxəssislərlə həm Bakıda, həm də regionlarda olan xəstəxanalarda görüşlər keçirilib. Keçirilən onlayn təlimlərə regionlarda olan bütün həkimlərimiz qoşulur”.

İlhamə Əbülfət