Boşandığı deyilən müğənnidən etiraf: “Bir mərdimazarın şantajının qurbanı oldum”

22:50 11-08-2020 33

Son günlər həyat yoldaşı Anaradan boşanması xəbəri ilə gündəmə gələn müğənni Samir Piriyev məsələ ilə bağlı öz sosial media hesabında paylaşım edib. Paylaşımda deyilir: 

“Düzdür, bizi ayırmaq istədilər. Hətta 10 ildə çoxları çalışdı ki, bizi ayırsın. Amma təəssüf, ayrılığımıza sevinənləri üzəcəyik. Biz ayrılmamışıq! İnşallah, bir ömür boyu ayrılmarıq”.

Bununla belə, müğənni səhv etdiyini də bildirib:

“Səhvsiz insan yoxdur, mən xəyanətin yox, sadəcə bir mərdimazarın şantajının qurbanı oldum. Ümid edirəm ki, o vicdansız məxluq öz cəzasını qanunla alacaq. Mən isə xoşbəxtəm. Ona görə ki, həyatımda Anara kimi yoldaşım, üç gözəl balam və ailəm var”.

Xatırladaq ki, bir müddət əvvəl özünü Samirin sevgilisi kimi təqdim edən qadın ifaçının evinə gedərək xanımı Anaraya hücum etmişdi.