Həbib Nurməhəmmədov növbəti döyüşə hazırlaşır - FOTO

19:45 09-08-2020 38

Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov amerikalı Castin Qetji ilə döyüşə hazırlıqları davam etdirir.

milletinsesi.info xəbər verir ki, bu barədə idmançı öz “Instagram” hesabı vasitəsilə məlumat yayıb.

Son məşqindən özü və əmisi oğlu Abubakarın yorğun haldakı şəklini paylaşan Həbib fotoya qeyd əlavə edib:

“Hər şey plan üzrə gedir. 11 həftə qaldı. UFC 254-də görüşənədək”.

Qeyd edək ki, Həbib Nurməhəmmədov növbəti döyüşünü UFC 254 turnirində keçirəcək. O, amerikalı Castin Qetji ilə qarşılaşacaq.