Məşhur şoumen velosipeddən yıxılıb, belini sındırdı

19:25 09-08-2020 55

“X-Factor” şousunun yaradıcısı və aparıcısı, britaniyalı prodüser Saymon Kouell ABŞ-ın Kaliforniya ştatının Malibu şəhər xəstəxanasına yerləşdirilib. 

Bununla bağlı “People” nəşri məlumat yayıb. 

Bildirilib ki, şoumen elektrikli velosipeddən yıxılıb və belini sındırıb:

“O, həyətində yeni hazırladığı elektrikli velosipedi sınaqdan keçirərkən yıxılıb. Yaxın günlərdə onun əməliyyat ediləcəyi bildirilib”.