Avropa Liqasında ölkəmizi təmsil edəcək klubdan yeni transfer - FOTO

19:30 07-08-2020 31

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Keşlə” klubu ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Klots karyerası ərzində yalnız Ukraynanın “Karpatı” klubunda çıxış edib. 

O, beş il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və bir qol vurub.