Koronavirusun zəif yeri tapıldı

04:35 07-08-2020 33

ABŞ-ın Kanzas Dövlət Universitetinin alimləri koronavirusa qarşı bir terapevtik vasitəni uğurla sınaqdan keçiriblər.

Bu barədə “Science Daily” elmi nəşrinin saytında məlumat verilib.

Məlum olub ki, 3CLpro olaraq bilinən 3C proteaza (proteaza - zülalları parçalayan ferment) SARS-CoV-2-nin inkişafında əsas fermentdir.

Alimlər tapılan proteaza inhibitorlarını MERS koronavirusuna yoluxmuş laboratoriya siçanları üzərində sınaqdan keçiriblər. Nəticədə, yoluxucu xəstəliyin zəif nöqtəsinə yönəlmiş terapevtik vasitə virusun yayılmasını dayandırıb.

Alimlərin fikrincə, dərmanlar dəsti yalnız MERS-in deyil, həm də insanlar arasında geniş yayılmış MERS-CoV və SARS-CoV-2 koronaviruslarının çoxalmasına mane olmağa imkan verir.

Mütəxəssislər dərmanların insanlarda təsirinin sınaqdan keçirilməsinin lazım olduğunu bildiriblər.