Rusiyada ögey qızını zorlayan 49 yaşlı kişi saxlanılıb

04:05 07-08-2020 29

Rusiyanın Başqırdıstan Respublikasının hüquq-mühafizə orqanları ögey qızına təcavüz etməkdə şübhəli bilinən yerli sakini saxlayıblar.

REN TV xəbər verir ki, insident Balakatay rayonunda qeydə alınıb.

Bildirildiyinə görə, 49 yaşlı kişi bir neçə il davamlı şəkildə ögey qızına təcavüz edib.

Saxlanılan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə maddəsi üzrə cinayət işi açılıb.

Araşdırma aparılır.