Dənizdə batmaq təhlükəsi ilə üzləşən altı nəfər xilas edilib

00:35 07-08-2020 43

Ötən gün dənizdə batmaq təhlükəsi ilə üzləşən altı nəfər xilas edilib.

FHN-dən milletinsesi.info-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Qızılqum, Bilgəh və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən altı nəfər xilas olunub.