Dəhşətli partlayışdan sonra Beyrut təmizlənir - VİDEO

14:55 06-08-2020 17

Beyrutda baş vermiş güclü partlayışın fəsadları aradan qaldırılır.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, könüllü qruplar küçələrdə səliqə-sahmanın bərpa edilməsində yaxından iştirak edirlər.

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Hadisə ilə bağlı Beyrutda iki həftəlik fövqəladə vəziyyət elan edilib.