“Facebook” Trampın koronavirusla bağlı paylaşımını sildi

13:55 06-08-2020 22

ABŞ Prezidenti Donald Trampın “Facebook” paylaşımı yeni növ koronavirus infeksiyası ilə bağlı dezinformasiya tərkibinə görə silinib.

Bu barədə “Reuters” məlumat yayıb.

Silinən paylaşım D.Trampın müsahibəsindən epizod olub. Müsahibədə ABŞ lideri bildirib ki, uşaqlar COVID-19-a qarşı, demək olar ki, dözümlüdür.