Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

09:25 06-08-2020 72

Goranboy rayonunda baş verən qətllə bağlı bəzi detallar məlum olub.

Bununla bağlı milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Məlumata görə, 1986-ci il təvəllüdlü Goranboy rayon, Qazançı kənd sakini Zamanov Qərib Əfqan oğlu od tüfəngi ilə qeyri-rəsmi münasibətdə yaşadığı Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gülzalı qızını odlu silahdan açılmış atəşlə qətlə yetirib.

Evli olan G.İmanova evli Q.Zamanovla sevgi münasibəti yaşayıb. 

Onun həyat yoldaşından iki övladı var.

Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Goranboy Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

İlhamə Əbülfət