“Başakşəhər” Avroliqa ilə vidalaşdı, “Şaxtyor”dan möhtəşəm oyun

23:25 05-08-2020 32

Pandemiya ilə əlaqədar bu ilin martından yarımçıq dayandırılan avrokuboklar bərpa olunub. 

milletinsesi.info xəbər verir ki, Avropa Liqasında ilk qarşılaşma “Kopenhagen” və “Başakşəhər” klubları arasında olub. 

Türkiyədə baş tutan ilk qarşılaşmada qollu heç-heçəyə razılaşan tərəflərin növbəti oyunu Danimarkada keçirilib. 

Bu qarşılaşmada meydan sahibi olan “Kopenhagen” 3:0 hesablı qələbəyə sevinib. Bununla da “Başakşəhər” Avroliqa ilə vidalaşıb. 

İkinci qarşılaşma Donetsk “Şaxtyor”u ilə “Volfsburq” arasında baş tutub. İlk qarşılaşmada olduğu kimi (2:1) bu oyunda da “Şaxtyor” qələbəyə sevinib. Ukrayna təmsilçisi “Volfsburq”un qapısından üç cavabsız top keçirib.