Dəniz suyunda COVID-19 ilə yoluxma mümkün deyil

10:43 05-08-2020 373

Dəniz suyunda COVID-19 ilə yoluxma mümkün deyil, əksinə duz və dəniz suyu viral yükü azaltmağa kömək edir.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru

YAZGUL ABDIYEVA     BILDIRIB

Onun sözlərinə görə, duzlu bir mühitdə

yaşaya bilməyən bir çox mikroorqanizm var. Dəniz suyunun kimyəvi prosesləri duzların konsentrasiyası ilə əlaqəli yüksək ion gücü, habelə yüksək natrium və xlorid ionları ilə müəyyən edilir. Buna görə də virusların çox ailəsi dənizdə yaşamır. Çimərlikdə koronavirusun yayılmasını çətinləşdirən əsas amil Günəş, dəniz qumunun duzluluğu və səthidir. Ultrabənövşəyi şüalar dəniz duzunun qalıqları səthə düşən virusu məhv edir”.

Sağlamlıq üçün təmiz hava və D vitaminin qəbul edilməsini olduqca vacib sayan Y.Abdiyeva avqust ayı ərzində insanları çimərliklərdən istifadə etməklə orqanizmlərini gücləndirməyi tövsiyə edib.

Vətəndaşların çimərliklərdən istifadə edə bilməsi barədə qərarın çox da gec verilmədiyin

i deyən alim qeyd edib ki, insanlar avqust ayının qarşıdakı günləri ərzində çimərliklərə gedə bilərlər. İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər.

 

Çimərliklərdə məsafə gözləyərək istirahət etməyi məsləhət görən mütəxəssis qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı işlər nəticəsində çimərliklər qaydaya salınaraq, insanların onlardan rahat istifadə edə bilməsi üçün şərait yaradılıb:

“insanların açıq havada istirahət etməyi üçün tam təhlükəsiz şəraitin yaradılması təmin edilib. Cimerlikler vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib. İndi insanların etməli olduğu bircə məsələ sadəcə gigiyena qaydalarına əməl etmək vial məsafəni gözləməkdir”.

“ASAN xidmət”in pandemiya dövründə çimərlik ərazilərindən istifadə ilə bağlı beynəlxalq təcrübəni öyrəndiyini deyən Y.Abdiyeva vətəndaşlar üçün ən təhlükəsiz şəraitdə çimərliklərdən istifadənin təmin edildiyini söyləyib:

“Vətəndaşların çimərliklərə buraxılması üçün qısa zaman ərzində hazırlıq işləri aparılıb və böyük bir iş ortaya qoyulub. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib”.                                                                                                                                                            ELNARE ABBSOVA