Amerikalı aktyor futbol liqasını satın aldı

01:50 05-08-2020 83

Məşhur amerikalı aktyor və güləşçi Dueyn Conson keçmiş həyat yoldaşı Dani Qarsia ilə birlikdə ABŞ-ın futbol liqalarından biri olan “Xtreme Football League”i (XFL) alıb.

Vesti.ru xəbər verir ki, D.Conson bunun üçün 15 milyon dollar ödəyib.

2001-ci ildə qurulan XFL ABŞ futbol strukturunda ən kiçik liqalardan biridir. XFL fəaliyyətini bir neçə illik dayandırsa da, yenidən işə başlayıb. Koronavirus pandemiyası zamanı növbəti dəfə liqanı yox olmaqdan aktyor və onun keçmiş arvadı xilas edib.

Qeyd edək ki, aktyor rollarının birində futbolçu obrazını da canlandırıb.