“Nar” SİM kartlarını yeni eko formatda təqdim etdi!

17:46 04-08-2020 32

Ölkənin ən gənc mobil operatoru olan “Nar”, yeni formatda “Nar Eko SİM” kartını təqdim edir.
Azərbaycan mobil rabitə bazarında ilk dəfə təqdim edilən eko SİM kartlarda plastik 50% azdır. Yarı
ölçülü SİM kartların ətraf mühitin qorunmasına müsbət təsirləri var. Belə ki, yeni SİM kartlarla həm
yaşıl təbiət daha çox qorunacaq, həm də plastik tullantılara qənaət ediləcək. “Nar Eko SİM” kartları
mobil operatorun bütün rəsmi satış və xidmət mərkəzlərində yeni müştərilərə təqdim olunacaq.
Xatırladaq ki, “Nar” bundan əvvəl ətraf mühitin qorunması məqsədilə alternativ enerji sistemindən
qidalanan ilk baza stansiyasını istifadəyə vermişdi. Bakı şəhəri Səngəçal ərazisində quraşdırılmış
baza stansiyası günəş panellərindən əldə olunan enerji ilə çalışır.
Qeyd edək ki, “Nar”ın məhsulları və layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə
etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.