Abşeronda 35 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı

09:10 04-08-2020 127

Abşeron rayonunun Masazır qəsəbəsində qonşular arasında dava düşüb.

APA xəbər verir ki, hadisə “Yeni Bakı” qəsəbəsi, 4E ünvanında baş verib.

1985-ci il təvəllüdlü Məhəmmədzadə Faiq Nadir oğlunun böyrək nahiyəsinə qonşusu ilə mübahisə zamanı dörd bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə Bakıdakı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.