QAN GÖLÜNƏ DÖNƏN YOLLAR!

21:07 02-08-2020 327

Bu gün ad günüdü AYTACIMIN.Təbrik edib  boyunu oxşamaq istəyirəm.Hədiyyə alıb sevindirmək istəyirəm balamı.Nazını çəkib şirin kəlmələrini eşitmək, toppuş yanaqlarından öpmək  istəyirəm .İSTƏYİRƏM!!!

Ana fəryadı bilirsənmi  nədir?!... Eh! Hardan biləsən ay zalım sürücü?! Sənin bir an içində vurub yerə sərdiyin o körpə üçün illərlə həsrət çəkmişdim .Onun bu dünyaya gəlişi, cənnəti bexş etmişdi mənə, ailəmizə. CENNETİMİ ALDIN ELİMDƏN!

Hər gün xəyallarla ,cansız şəkillərlə baş- başa qoydun məni.Necə bağişlayım səni? Düz 9 ildir bəzən qismət, bəzən təsadüf, bəzən də təsəllilərlə ovunuram.Unuda bilmirəm.

Yaşaya- yaşaya ölmək nədir bilirsənmi?! Yox hardan biləsən ay qaniçən sürücü? Sənin kimiləri çoxalıb deyə bu harayımı yazıram. Baxmayaraq ki kimlərəsə yaşadığım acını bildirməyi heç xoşlamıram.Dedim bəlkə yatan vicdanın oyana! Gözləri qan tutmuş sürücü!  ! ! Qan gölünə döndərdiyin yollarda, günahsız mələklərin ruhu səni bağışlamayacaq!                                                                                                                                                                                                                                                                                                                                             

Bir kuklam vardı mənim...
11997898_1539146802998600_2046795831_n
Bax, belə bir kuklam var idi mənim,
Saçı sarı, gözü ala, rəngi ağ.
Nə geyinsə yaraşardı əyninə,
 İstər sarı, istər qara, istər ağ.
 
Bax, belə bir kuklam var idi mənim,
Üzü gülən, özü gəzən-yeriyən.
Şirin-şirin danışan, hamını sevindirən,
Nazlı, duzlu sevimli, oyuncağım!!!
Bax, belə bir kuklam var idi mənim,
 
Mənimlə gedərdi getdiyim yerə,
Bəlkə də gəldi gözə, nəzərə
Nəzər apararmı məyər məzara
Bax, belə bir kuklam var idi mənim,
 
Ağlasam ağlardı, gülsəm, gülərdi,
Dərdimi onunla yarı bölərdim.
Deməsəm hiss edib məndən küsərdi,
Bax, belə bir kuklam var idi mənim,
 
Günlərin birində gəzməyə getdi,
Yol qurtaranadək mənə əl etdi,
Beş illik taleyi burdaca bitdi,
Evimə qəm kədər, qüsə gətirdi,
Bax, belə bir kuklam var idi mənim,
 
Onun da sevimli kuklası vardı,
Ölümündən sonra bizə tapşırdı.
Nə qədər nazını çəksəm də yenə,
Bu  cansız əşyanın, sanki, elə bil
Gözləri yoldadı, yoldadı yenə
 
Hər gün əzizləyib, alıb əlimə,
Nağıl danışıram onun yerinə.
Nağılın əvvəli, sonu da yenə..
Bax, belə bir kuklam var idi mənim!


13912484_1636562116590401_5222522757450242609_n

Aytac qızım!

Sən adına bəzəkdin, adın da sənə, qızım,

Ay mənim həyatımda söznməyən dan ulduzum.

Ala gözlüm, şirinim, nazlı, ədalı qızım,

Arzularımın tacı, ay mənim Aytac qızım

 

Sən gedəli kədəri, yar seçmişəm mən özüm,

Sənə bənzər tapmağa, hər yerdə gəzir gözüm.

Bu vaxtsız ayrılığa axı mən necə dözüm,

Dərdlərimin əlacı, ay mənim Aytac qızım

 

Sənsiz açılmır inan, bir axşamım, səhərim,

Şəkillərindi bircə toxtaqlığım, təsəllim.

Bacına da dərd olub bu kədərli xəbərin,

Könlümün taxt tacısan, ay mənim Aytac qızım

 

Evimizin hər yeri sənin körpə izlərin,

Dilimizin əzbəri sənin sirrin, sözlərin,

De, heç unudularmı, o gülərüz bənizin,

Qəlbimin qəm qüsarı, ay mnim Aytac qızım.

 

Sevimli nəvəsiydin sən, Nəzakət nənənin

Qurbanı oldunuz siz, bir gündə bu qismətin,

Qarşıısında mat qoyduz, bizi bu məhəbbətin,

Dastan olduz dillərə, ay mənim Aytac qızım

     

Dözüm ver mənə Allah!

Dözüm ver mənə Allah!
Qoy dözüm taleyimin,
Sərt payız yağışına.
Dözüm ver mənə Allah!
Dözüm bu damcıların,
Dözülməz ağrısına!

Dözüm ver mənə Allah!
Yaşamaq istəyimi ,
Qoyma boğsun bu ağrı.
Dözüm ver mənə Allah!
Bəlkə elə bu dərddən
Öyrəndim yaşamağı!

Dözüm ver mənə Allah!
Acizlik damğasını
Vurmasın bu dərd mənə!
Dözüm ver mənə Allah!
Bu ayrılıq yazısın
Öyrəşdirim qəlbimə!

 

 

                                                                                                                                                                                                                                        ELNARƏ ABBASOVA