Satıcını öldürüb, mağazada soyğunçuluq etdilər – ANBAAN VİDEO

15:55 15-07-2020 20

Argentinada dörd silahlı kişi satıcını öldürərək, mağazada soyğunçuluq ediblər.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, silahlı şəxslər ərzaq mağazasından 420 dollar məbləğində spirtli içki, bir neçə kiloqram ət və noutbuk oğurlayaraq, hadisə yerindən uzaqlaşıblar.  

Hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.