Gənc kişi Milli Məclisin binasının qarşısında özünü bıçaqladı - VİDEO

14:35 15-07-2020 48

İyulun 15-də milletinsesi.info-ın redaksiyasına Milli Məclisin binasının önündə intihara cəhd barədə videoçarx daxil olub.

Kadrlar şahidlər tərəfindən bu gün çəkilib. Görüntülərdə 25-30 yaşlarında bir kişinin özünə bıçaq zərbələri vurduğu və polis əməkdaşlarının onunla danışaraq, intihar etməsinin qarşısını almağa çalışdıqları görünür.

Sonradan məlum olub ki, polis əməkdaşları həmin şəxsi saxlayıb və vəziyyəti araşdırmaq üçün polis bölməsinə aparıblar.

Qeyd edək ki, hadisə Səbail rayonu 9-cu Polis Bölməsi ərazisində baş verib. Müxbirimiz baş verənlərə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib.

Baş verənlərlə əlaqədar əlavə məlumat yaxın vaxtlarda veriləcək.

Ramella İbrahimxəlilova