Rusiyada koronavirus testi uşaqlar üçün pulsuz oldu

14:20 15-07-2020 12

Moskva şəhərinin 45 poliklinikasında uşaqlar COVID-19 testindən pulsuz keçiriləcək.

TASS xəbər verir ki, bunu Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova bildirib.

Qeyd edək ki, Moskva şəhərində 231 270 nəfərin koronavirusa yoluxduğu aşkar edilib, 4 234 xəstə pandemiyanın qurbanı olub.