Pondemiya dövründə həyat tərzi.

22:45 14-07-2020 231

2019 cu ilin dekabrında Çinin Vuhan adlı kiçik balıq bazarında peyda olan koronavirusun(Covid 19)yayılması bütün dünya ölkələri kimi,məmləkətimizin də tarixində silinməz izlər saldı.Bu virus dövlətlərin təhsil,saglamlıq sistemlərini,əhalinin mariflənmə səviyyəsini,hökumətin qərar qəbulundakı çevikliyi və ümumilikdə bütün sahələri sınaga çəkdi.Çin,Avropa,Iran,Italya,Cənubi Koreyada yüzlərlə insan həyatını itirdi.Yaşamaq ugrunda mübarizə üçün bu bəla həyatımızın düzəninə sanki sərhəd çəkdi.Sərhədlər baglandı,təhsil dayandırıldı,magazalar,iaşə obyektləri,restoranlar,əyləncə məkanları qapandı.Hər ölkə günlük statistikaya nəzərən qərarlar,qanunlar qəbul etdi.Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyə və tapşırıqlarıyla bərabər Operativ Qərərgah həyat düzənimizi dəyişdi.Həyat tərzimizə xüsusi qaydalar,tibbi maskadan istifadə,gigiyenaya nəzarət,ara məsafə,sərt karantin rejimi və s bu kimi yeniliklər gəldi.Bu həyat tərzi bəzi insanlarımızda psixoloji gərginlik , polislə qarşıdurma, aqresiya yaratsa da məqsəd virusun qarşısının alınmasına yönəldi.Hər gün TV və mediada yoluxan və ölənlər haqda məlumatlar verir,təlimatlandırılır.Sakit ,bomboş yollar kimyəvi dərmanlarla dezinfeksiya edilərək təmizlənir.Buna baxmayaraq hər gün bu virusdan kiminsə dünyasını dəyişməsi bizi məyus edir,şəxsi gigiyenanın,lazım gəlmədikcə küçəyə çıxmamagın vacibliyini bir daha dərk etdirir.Həkimlərimizin həyatlarındakı çətinlik həm fiziki,həm mənəvi yorgunluqları,aylarla ailələrindən uzaq düşub ,xəstələrin sagalmasındakı fədakarlıqları bir ayrı mənzərə.Bu mənzərənin bitməsi hər birimizin məsuliyyətindən ,qaydalara nəzarətimizdən asılıdır.Dogrudur alışmadıgımız bu həyat tərzi bizi sıxır.Hər vaxt təmtəraqlı toy məclislərinin keçirilməsi,yas məclislərindəki israfçılıgımızla,dinimizə uygun olmayan hündür çardaqlı qəbir daşı mənzərələriylə,stolu,samovarı olan qəbirlərimizlə yarışmışıq sanki...Bu qadagalar, alışmadıgımız həyat tərzi bizi sıxsa da ,koronovirus düşdüyü insanı bogur,öldürür.Acı nəticələrin baş verməməsi,həyatımızı əvvəlki axarına qaytarmaq üçün ,hər birimiz vacib olan qaydalara əməl edək! Elnarə Abbasova Resmixeber.az