16 yaşlı futbolçu faciəvi şəkildə öldü - FOTO

20:20 12-07-2020 36

Gənc braziliyalı futbolçu faciəvi şəkildə vəfat edib.

Gazeta.ru xəbər verir ki,  Braziliyanın “Qoyas” klubunun futbolçusu İqor Soareşin cəmi 16 yaşı olub. Soareşin ölüm səbəbi motosikl qəzasıdır. 

Qeyd olunur ki, futbolçu 2018-ci ildən “Qoyas”da çıxış edir.