Kiyev “Dinamo”su və “Spartak”ın sabiq məşqçisi Azərbaycanda işləyəcək - FOTO

17:10 10-07-2020 21

“Sabah”ın yeni baş məşqçisi bəlli olub.

milletinsesi.info xəbər verir ki, komandaya bundan sonra ispaniyalı mütəxəssis Visente Qomes başçılıq edəcək. 48 yaşlı məşqçi ilə iki illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ölkəsində “Atletik” klubunda 14 il işləmiş Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.

Xatırladaq ki, “Sabah” bu yaxınlarda xorvatiyalı baş məşqçisi Jelko Sopiçlə yollarını ayırmışdı.