Anri dizi üstə çökərək, Corc Floydun xatirəsini yad etdi - FOTO

16:05 10-07-2020 16

“Arsenal” və “Barselona” futbol klublarının fransalı sabiq hücumçusu, hazırda “Monreal İmpakt”ın baş məşqçisi Tyeri Anri ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən qətlə yetirilən Corc Floydun xatirəsini yad edib.

“Championat” xəbər verir ki, fransalı mütəxəssis MLS Liqasında “Nyu England”la oyunun start fitindən sonra dizi üstə çöküb və 8 dəqiqə 46 saniyə bu vəziyyətdə dayanıb.

T.Anri, həmçinin, qarşılaşmaya üzərində “Black lives matter” (“Qaradərililərin həyatı önəm kəsb edir”) yazılan köynəkdə çıxaraq, Corc Floydun ölümündən sonra təsis edilən və qaradərililərin hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilata dəstəyini nümayiş etdirib.