İspaniya hökumətindən geriaddım: Çimərliklər yenidən bağlanır

05:40 07-07-2020 23

İspaniya hökuməti COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə onlarla məşhur çimərliyi bağlayıb.

“İnterfaks” agentliyi xəbər verir ki, Əndəlüs vilayətində 50, Malaqa şəhərində 30 çimərlik qapadılıb.

Hökumətin bu qərarı istirahət günlərində çimərliyə axışan insanların sosial məsafəyə və digər təhlükəsizlik qaydalarına riayət etməməsi və bunun nəticəsində yoluxma sayında artım müşahidə edilməsi səbəb olub.

Bundan əlavə, İspaniyada tibbi maskadan istifadə məcburidir. Həmçinin, 10-dan çox insanın bir yerə toplaşmasına icazə verilmir.