“Al Market”dən oğurluq edən şəxs tutuldu

09:30 01-07-2020 11

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə mayın 14-də Binəqədi rayonu DSK yolunda yerləşən “Al Market”də qeydə alınıb.

Belə ki, naməlum şəxs satıcının fikrini yayındırmaqla 138 manatlıq tütün məmulatları oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Vüqar Kərimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.