Avropa klubları “Mançester Yunayted”in 19 yaşlı ulduzu uğrunda mübarizəyə başladı

06:00 01-07-2020 16

Londonun “Çelsi” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Eyncel Qomeslə danışıqlar aparır.

Bu barədə “The İndependent” məlumat yayıb.

Nəşrə danışan mənbənin sözlərinə görə, paytaxt klubu 19 yaşlı futbolçunun transferi üçün məşhur agent Pini Zahavinin köməyinə də müraciət edəcək.

Xatırladaq ki, Eyncel Qomesin xidmətində “Valensiya”, “Hamburq”, həmçinin “Benfika” komandaları da maraqlıdır.