İnzaginin baş məşqçisi olduğu klub A Seriyasına yüksəldi

10:30 30-06-2020 14

İtaliya futbolunun keçmiş ulduzu Filippo İnzaginin rəhbərlik etdiyi klub İtaliya A Seriyasına yüksəlib.

Sports.ru xəbər verir ki, F.İnzaginin baş məşqçisi olduğu “Benevento” klubu B Seriyasında 76 xal toplayaraq, yüksək liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, bu göstərici İtaliya futbolunun gücünə görə ikinci divizionunun rekordudur.

Bununla da, “Benevento” klubu tarixində ikinci dəfə A Seriyasında çıxış etmək hüququ əldə edib.